"SİMA İmza"nın tərəfdaş sayı 100-ə çatıb
SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmətlərini rəqəmsallaşdıran qurumların sayı 100-ə çatıb. Rəqəmsal imzanın 100-cü tərəfdaşı "Azerconnect" şirkəti olub.
2022-ci ildə istifadəyə verilmiş "SİMA İmza" bu günədək bir çox dövlət və özəl qurumların etibar etdiyi rəqəmsal platformaya çevrilərək vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta, onlayn ticarət və s. kimi sahələrdə tətbiq edilməyə başlanılıb.
SİMA rəqəmsal imza sayəsində vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulub, xidmət göstərənlərin iş yükü və xərcləri azalıb. Hazırda "SİMA İmza"dan Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsasla yaşayan əcnəbilər, fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları istifadə edə bilirlər. İmzanı əldə etmək üçün hər hansı fiziki daşıyıcıya və ya xidmət məntəqəsinə getməyə ehtiyac yoxdur. Sadəcə mobil tətbiqi yükləyib qeydiyyatdan keçmək kifayətdir.
"SİMA İmza" tətbiqinin yüklənilmə sayı 5.5 milyonu ötüb. "SİMA İmza" ilə 1000-dən çox elektron xidmətə əlçatanlıq təmin edilib. Yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və "157" Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB













