Ronaldu 2009-cu ildən bəri ilk dəfə bir təqvim ilində het-trik etməyib
Far.Az xəbər saytı

Ronaldu 2009-cu ildən bəri ilk dəfə bir təqvim ilində het-trik etməyib


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 2025-ci ili rəsmi oyunlarda het-trik etmədən başa vurub.

"Report"un xəbərinə görə, bu barədə "Spor" portalı məlumat yayıb.

Bu, Ronaldunun 2009-cu ildə "Real Madrid"də oynadığı vaxtdan bəri ilk belə haldır. Portuqaliyalı 2025-ci ildə 41 qol vurub. Onlardan sonuncusu çərşənbə axşamı Səudiyyə Ərəbistanı Premyer Liqasında səfərdə "Əl-İttifaq"a (2-2) qarşı oyunda olub.

40 yaşlı Ronaldu Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi və milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vuran oyunçudur.

Futbolçu 2022-ci ilin dekabrında "Əl-Nəsr"ə keçib. Futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və "Real Madrid" klublarında da oynayıb və bu klubların ən çox qol vuran oyunçusudur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər