KİV: Bu il Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliyə daşınması hədəflənir
Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir.
"Far.Az" xəbər verir ki, bu barədə "Anadolu" agentliyinin məlumatında qeyd edilir.
Məqalədə vurğulanır ki, 2025-ci il Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdiyi və normallaşma istiqamətində praktik irəliləyişlərin əldə olunduğu bir dövr kimi yadda qalıb.
Bildirilib ki, burada ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vasitəçiliyi ilə bir araya gələrək birgə bəyannamə imzalaması, iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini paraflanması əsas yer tutur:
"Bununla da tərəflər münaqişəyə son qoymaq və tam normallaşmaya doğru irəliləmək əzmlərini bir daha təsdiqləmiş olublar. İl ərzində qarşılıqlı etimadın artırılmasına yönəlmiş addımlar atılıb. Azərbaycan Ermənistana gedən yüklər üzərindəki məhdudiyyətləri aradan qaldıraraq regional ticarət və nəqliyyat xətlərinin fəaliyyətə başlamasına töhfə verib. Azərbaycan neftinin Ermənistana ixracına başlanması isə iqtisadi münasibətlər baxımından mühüm mərhələ kimi qeydə alınıb".
Agentlik vurğulayıb ki, normallaşma prosesinin iqtisadi və infrastruktur ölçüsündə "Zəngəzur dəhlizi" kimi də tanınan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi ön plana çıxıb:
"Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirməyi, regional nəqliyyat və ticarət əlaqələrini gücləndirməyi hədəfləyən TRIPP layihəsinin 2026-cı ildə Ermənistan ərazisində tikinti mərhələsinə keçməsi nəzərdə tutulur. Siyasi və diplomatik müstəvidə Qarabağ məsələsini həll etmək məqsədilə yaradılan, lakin illər ərzində heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun ləğvi normallaşma prosesinin mühüm elementlərindən biri olub. Bu addım artıq "Qarabağ problemi" adlı bir məsələnin qalmadığını, tərəflər arasındakı məsələlərin ikitərəfli formatda və birbaşa danışıqlar yolu ilə həll olunması yanaşmasının qəbul edildiyini ortaya qoyub. İl ərzində tərəflər arasında aparılan təmaslarda sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin açılması mövzusunda danışıqlar davam etdirilib. Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarət qruplar isə qarşılıqlı səfərlər həyata keçiriblər".
Yazıda qeyd edilib ki, Ermənistanda 2026-cı ildə keçirilməsi planlaşdırılan ümumi seçkilər də prosesin mühüm mövzuları sırasında yer alır.
"Seçkilərdən sonra Baş nazir Paşinyanın rəhbərlik etdiyi partiyanın yenidən hakimiyyətə gələcəyi təqdirdə konstitusiya dəyişiklikləri prosesinin başlanması gündəmə gələ bilər. Bu çərçivədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması məqsədilə referendum prosesinin başlanması sülh sazişinin tamamlanması baxımından kritik addım kimi qiymətləndirilir. 2026-cı ildə normallaşma prosesinin daha irəli mərhələyə daşınması hədəflənir. Sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi yaxın dövrün əsas prioritetləri sırasında yer alır. Enerji, nəqliyyat və ticarət sahələrində atılan addımların miqyasının genişləndirilməsi ilə iki ölkə arasında münasibətlərin davamlı sülh əsasında formalaşması məqsəd qoyulub", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtaliya səfiri İsveçrədə bardakı yanğına fişəngin səbəb olduğunu ehtimal edir
-
Terrorun payız və yaz şumu: Mir Şahinin filmi" təqdim olunub
-
Goranboyda avtomobil aşıb, ata və oğul ölüb
-
Qambiya sahillərində gəmi qəzası nəticəsində yeddi nəfər həlak olub
-
Bu yollar dumanlı olacaq, buz bağlayacaq
-
Rusiyanın Krasnodar diyarında on minlərlə sakin işıqsız qalıb













