Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Seul məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolun ötən ilin payızında Şimali Koreyaya Pilotsuz Uçuş Aparatlarının (PUA) göndərilməsi ilə bağlı işi üzrə həbs müddətinin uzadılmasını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Seul məhkəməsi prokurorluğun sübutların məhv edilməsi riski ilə bağlı arqumentləri ilə razılaşıb və onun həbs müddətini daha altı ay uzadıb. Əvvəlki müddət yanvarın 18-də bitirdi.
İstintaq bildirib ki, Yun Sok Yolun 2024-ci ilin oktyabrında PUA Pxenyanın cavab tədbirlərini təhrik etmək və sonradan gərginliyi həmin ilin dekabrında hərbi vəziyyət tətbiq etmək üçün bəhanə kimi qəsdən göndərmişdi.
İstintaqın məlumatına görə, o Müdafiə Nazirliyini və Birləşmiş Qərargah Rəisləri Komitəsini yan keçərək PUA bölməsinin komandanlığına birbaşa əmrlər verib.
Bu, sabiq prezidentin artıq üçüncü həbsidir. Ötən ilin yanvarında o, qiyam cəhdində ittiham olunaraq həbs edilmişdi, lakin sonradan məhkəmə qərarı ləğv edib və mart ayında Yun azadlığa buraxılıb. İyul ayında onu yenidən hərbi vəziyyətin tətbiqi işi ilə əlaqədar həbs ediblər.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













