02
yanvar
2026
20:50
88
36
610

Ağır qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AĞIRDIR

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə məhəccər aşan uşağın durumu bəlli olub.

BAKU.WS xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda Mərkəzi Klinikada Pediatrik reanimasiya şöbəsində müalicə alır.

Məlumata əsasən, S.Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir.