Doğum xəstəxanasında infeksiya faciəsində 9 körpə öldü
Far.Az xəbər saytı

Doğum xəstəxanasında infeksiya faciəsində 9 körpə öldü


Rusiyanın Kemerovo vilayətində doğum evində baş verən infeksiya hadisəsi nəticəsində 9 körpə həyatını itirib.

Far.Az xəbər verir ki, hadisə Novokuznetsk şəhərində yerləşən doğum xəstəxanasında qeydə alınıb. Kemerovo vilayəti Səhiyyə Nazirliyinin məlumatına görə, 1 dekabr – 11 yanvar tarixləri arasında bu tibb müəssisəsində dünyaya gələn 17 körpənin vəziyyəti kritik olub.

Açıqlamada bildirilir ki, körpələrdə infeksiya aşkarlanıb və onlardan 9-u bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Hadisə ilə əlaqədar olaraq doğum xəstəxanasının fəaliyyəti sanitar-gigiyenik və epidemioloji vəziyyətə görə müvəqqəti dayandırılıb, müəssisədə yoxlamalara başlanılıb.

Rusiya İstintaq Komitəsi də faktla bağlı araşdırma başladıldığını açıqlayıb.

Oxşar xəbərlər

Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər