Aleksandr Tarakanov: "Lazım olarsa, güləşinizin inkişafı yolunda yenidən əmək sərf etməyə hazıram"
Far.Az xəbər saytı

Aleksandr Tarakanov: "Lazım olarsa, güləşinizin inkişafı yolunda yenidən əmək sərf etməyə hazıram"


Azərbaycan millisindən ayrılan Aleksandr Tarakanov gələcəkdə yenidən ölkə güləşinin inkişafı üçün əmək sərf etməyə hazırdır.

Bunu "Report"a açıqlamasında rusiyalı mütəxəssisin özü bildirib.

O, yığmadan ayrılmasının səbəblərindən danışıb:

"Azərbaycanda çalışdığım 6 il ərzində burada böyük təcrübə və yaxın dostlar qazandım. Bu müddət ərzində mən və məşqçilər korpusum həm federasiya, həm də güləş azarkeşlərindən böyük dəstək gördük. Bəzən məşqçilik karyerasında yeni bir mərhələyə adlamaq üçün fasilə götürmək, keçmiş təcrübələri yenidən nəzərdən keçirmək lazım olur. Bir qədər istirahət etmək, ailəmlə zaman keçirmək bu yolda mənə çox böyük dəstək olacaq. Bu səbəbdən qarşılıqlı razılaşma ilə əməkdaşlığı başa vurduq".

A.Tarakanov sonda ona etimad göstərən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edib:

"Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə, mənimlə çiyin-çiyinə çalışmış məşqçi yoldaşlarıma və komandanın hər bir üzvünə təşəkkür edirəm. Gələcəkdə nə zaman ehtiyac duyularsa, Azərbaycan güləşinin inkişafı yolunda əmək sərf etməyə hazıram".

Qeyd edək ki, Aleksandr Tarakanov 2019-cu ildən Azərbaycanın yunan-Roma güləşi üzrə millisinə rəhbərlik edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Türkiyədə bıçaqlanan Araz Musayev: "Federasiya Azər Həsənsoyun atasının malı deyil"
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər