Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Azərbaycanda dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə martın 3-də açıq hərrac keçiriləcək.
BAKU.WS-in məlumtına görə, hərraca Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Hesablama Palatası və digər qurumlara məxsus ümumilikdə 26 nəqliyyat vasitəsi çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən satışa çıxarılan nəqliyyat vasitələri arasında "BMW", "Toyota", "Nissan", "Mercedes-Benz", "Audi", "Chevrolet" markalı minik avtomobilləri, "PAZ" və "İVECO" avtobusları, həmçinin təcili yardım və yük avtomobilləri yer alır.
Avtomobillərin buraxılış illəri 1989–2014-cü illəri əhatə edir. Start qiymətləri 1300 manatdan başlayaraq 19 000 manata qədər dəyişir.
Hərracda iştirak etmək istəyən şəxslər satışa çıxarılan avtomobillərlə əvvəlcədən tanış ola bilər. Bunun üçün balanssaxlayıcı təşkilatlar tərəfindən şərait yaradılır. İştirakçılar start qiymətinin 10 faizi həcmində beh ödəməlidir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
| S/N | Balanssaxlayıcı müəssisə | Nəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manat) |
|---|---|---|---|---|
| 1 | AR Müdafiə Nazirliyi | Avtobus IVEKO M23 (xüsusi) | 1998 | 6 750 |
| 2 | AR Müdafiə Nazirliyi | Mercedes-Benz S350 (minik) | 2003 | 3 750 |
| 3 | AR Müdafiə Nazirliyi | PAZ-3205 | 2006 | 15 000 |
| 4 | Hesablama Palatası | Toyota Camry (minik) | 2014 | 10 500 |
| 5 | Hesablama Palatası | Toyota Camry (minik) | 2014 | 10 750 |
| 6 | NK İşlər Müdiri | BMW 730Li (minik) | 2006 | 5 500 |
| 7 | NK İşlər Müdiri | BMW 760Li | 2006 | 6 000 |
| 8 | Xarici İşlər Nazirliyi | BMW 528i (minik) | 2014 | 14 000 |
| 9 | Yasamal RİH | Nissan Maxima (minik) | 2006 | 3 200 |
| 10 | "Azəristiliktəchizat" ASC | UAZ-3741 (xüsusi) | 1989 | 1 300 |
| 11 | Samux RİH | BMW 730Li (minik) | 2006 | 5 000 |
| 12 | Müdafiə Sənayesi Nazirliyi | QAZ 3110 (minik) | 1998 | 1 550 |
| 13 | "Azəridmanservis" MMC | BMW 730Li (minik) | 2006 | 8 500 |
| 14 | Gənclər və İdman Nazirliyi | BMW 730 (minik) | 2011 | 15 000 |
| 15 | Gənclər və İdman Nazirliyi | BMW 730Li (minik) | 2006 | 8 600 |
| 16 | FHN Tibb Xidməti | BMW 525i (minik) | 2006 | 10 500 |
| 17 | FHN Tibb Xidməti | Nissan Pathfinder (minik) | 2006 | 12 000 |
| 18 | FHN Dövlət Ekspertiza | Nissan Pathfinder (minik) | 2006 | 11 000 |
| 19 | FHN Dövlət Ekspertiza | Chevrolet Epica (minik) | 2008 | 5 500 |
| 20 | Neftçala RMX | QAZ-322174-32 (təcili yardım) | 2004 | 5 000 |
| 21 | Neftçala RMX | QAZ-32214-32 (təcili yardım) | 2004 | 5 000 |
| 22 | Maliyyə Nazirliyi | Nissan Maxima (minik) | 2005 | 3 200 |
| 23 | Maliyyə Nazirliyi | Chevrolet Niva 2123 (minik) | 2007 | 2 800 |
| 24 | Maliyyə Nazirliyi | Chevrolet Niva LC (minik) | 2010 | 3 000 |
| 25 | Maliyyə Nazirliyi | Nissan Maxima (minik) | 2006 | 3 500 |
| 26 | İqtisadiyyat Nazirliyi | Audi A6 (minik) | 2014 | 19 000 |
| 27 | ETSN Nəqliyyat İdarəsi | KAMAZ 6520 (yük) | 2008 | 1 400 |
Oxşar xəbərlər
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı - QİYMƏTLƏR
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
-
Süni intellekt üçün internet Bakcelldən













