Fərid Qayıbov: "Azərbaycanda ilin ilk beynəlxalq yarışı "Şahdağ"da keçirilir"
Far.Az xəbər saytı

Fərid Qayıbov: "Azərbaycanda ilin ilk beynəlxalq yarışı "Şahdağ"da keçirilir"


Azərbaycanda ilin ilk beynəlxalq yarışı "Şahdağ"da keçirilir.

"Far.Az"un Şimal bürosu xəbər verir ki, bunu "Şahdağ" Turizm Mərkəzində keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

"Açıq Azərbaycan çempionatında 11 ölkədən idmançılar iştirak edir. Bu il "Şahdağ" Turizm Mərkəzində qış idman növləri üzrə başqa beynəlxalq yarışlar da keçiriləcək. Martda Avropa çempionatına və moqul növü üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyik", - nazir vurğulayıb.

O, qış idman növlərinin Azərbaycanda inkişaf etdiyini söyləyib:

"Qış Olimpiya Oyunlarına iki Azərbaycan idmançısı vəsiqə qazanıb. Düzdür, həmin idmançılar kənardan dəvət olunublar. Amma yerli idmançılar da yetişir. Mən Qış İdman Növləri Federasiyasının bu istiqamətdə fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, görülən işlər nəticəsində gələcəkdə olimpiadalarda məhz burada yetişən yerli idmançılarla təmsil olunacağıq".

Qeyd edək ki, "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri yanvarın 10-da başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər