Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Far.Az xəbər saytı

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb


Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb.

"Report" "Bild"ə istinadən xəbər verir ki, aviaqəza bu gün gündüz saatlarında baş verib.

İlkin məlumatlara görə, təyyarə trasda hərəkət edən avtomobillərə dəyməyib. Onun qəzaya uğramasının səbəbi araşdırılır.

Hadisə yerində polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri işlərini davam etdirir. A2 avtomagistralında Berlin istiqamətində hərəkət bağlanıb.

Qəza nəticəsində təyyarə demək olar ki, tamamilə dağılıb.

"Flightradar" portalının məlumatına görə, qəzaya uğrayan təyyarənin ikiyerli ultrayüngül "Aerostyle Breezer" olduğu ehtimal edilir. O, Şlezviq-Holştayn federal əyalətinin Kropp şəhərindəki aviasiya-idman klubunun adına qeydiyyata alınıb.

Oxşar xəbərlər

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər