“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin xalis mənfəəti 20 % azalıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2023-cü ili 641 min manat xalis mənfəətlə başa vurub.
“Far.Az” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,7 % azdır.
Ötən il “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin əməliyyat gəlirləri 5,781 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % çox), əməliyyat xərcləri 4,946 milyon manat (15,5 % çox), mənfəət vergisi ödəmələri isə 195 min manat (21,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin aktivləri 1,526 milyon manat olub ki, bu da illik müqayisədə 26,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 38,3 % azalaraq 573 min manata, balans kapitalı isə 16,6 % azalaraq 953 min manata düşüb.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 min manatdır. Şirkət malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktının verilməsi, Nazirlər Kabinetinin qərarına əsasən satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi, “Bir pəncərə” prinsipi əsasında mənşə sənədlərinin, eləcə də uyğunluq sertifikatlarının əldə edilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə məşğuldur.
Oxşar xəbərlər
Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 8 milyon manatdan çox xalis mənfəət əldə edib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Azərbaycanın bank sektorunun xalis mənfəəti 4 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu













