Azərbaycan millisinin yeni baş məşqçisi: "Əsas vəzifəmiz güclü komanda formalaşdırmaqdır"
Far.Az xəbər saytı

Azərbaycan millisinin yeni baş məşqçisi: "Əsas vəzifəmiz güclü komanda formalaşdırmaqdır"


Azərbaycanın atletika millisinin yeni baş məşqçisi Tofiq Əliyevin əsas məqsədi güclü komanda formalaşdırmaqdır.

Mütəxəssis bunu "Far.Az"a açıqlamasında deyib.

O, bu vəzifənin həm böyük şərəf, həm də məsuliyyət olduğunu qeyd edib:

"Gücümə və işə yanaşmama inandıqları üçün minnətdaram. Əsas vəzifəmiz güclü komanda formalaşdırmaqdır. Azərbaycan millisi naminə özümü tam şəkildə bu işə həsr etməyə hazıram. Düşünürəm ki, məşqçilər heyəti ilə birlikdə qarşıya qoyulan məqsədlərə nail olacağıq. Əsas prioritet komandanın davamlı inkişafıdır".

T.Əliyev vurğulayıb ki, komandada nizam-intizamın möhkəmləndirilməsi və uğurlu nəticələr əsas hədəfdir:

"İdmançılarımızın maksimum nəticə göstərmələrinə və parlaq qələbələr qazanmalarına çalışacağıq. Hazırda federasiya prezidenti Cavid Qurbanov atletikanın köklü inkişafı istiqamətində ciddi işlər görür və bizə böyük dəstək göstərir. Hər kəs öz peşəkar fəaliyyəti ilə uğura aparan yolda töhfə verməyə çalışır".

Baş məşqçi bütün ömrünü bu idman növünə həsr etdiyini bildirib:

"Mən bütün həyatımı atletikaya - həm idmançı, həm də məşqçi kimi həsr etmişəm. Vətənimiz naminə fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər