Əziz Ələkbərli: Qərbi Azərbaycana köçürülən ermənilər əcdadlarımıza məxsus dini abidələri ələ keçiriblər
Rus işğalından sonra müxtəlif ölkələrdən kütləvi şəkildə Qərbi Azərbaycana köçürülən ermənilər ilk növbədə bu yerlərdəki əcdadlarımıza məxsus qeyri-müsəlman dini abidələrini ucdantutma ələ keçiriblər.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbəli "İrəvan qazılığının tarixi" kitabının təqdimatında deyib.
O qeyd edib ki, ermənilər Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə apararaq azərbaycanlıların o yerlərdəki izlərini yox etməyə çalışıblar, məscidləri, pir, ocaq və ziyarətgahları, hətta qəbiristanlıqları da yer üzündən siliblər:
"Azərbaycan Zəfər qazansa da, Ermənistan dövləti və ermənilər Azərbaycan xalqına və dövlətinə qarşı dünyanın gözü qarşısında etdikləri cinayətlərə görə hələ də heç bir beynəlxalq təzyiq və tənbeh almayıblar,xalqımıza vurduqları zərərin əvəzini ödəməyiblər. Əksinə, həmişə dəstəkləniblər və bu gün də dəstəklənirlər. Bunun nəticəsidir ki, Qarabağ münaqişəsinin ilk mərhələsində – 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz doğma evlərinə, ata-baba yurdlarına qayıdış hüququ Ermənistan dövləti tərəfindən hələ də tanınmır, üstəlik, Ermənistan dövləti qaçqınlarımızın bu haqlı tələbini hər vəchlə gündəlikdən çıxarmağa çalışır.
Nəzərə alsaq ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əsas şərti hər iki xalqın birgəyaşayışıdır, onda aydın olur ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh danışıqlarında qətiyyən səmimi deyil və bunun gələcəkdə erməni xalqına verə biləcəyi hər hansı bir nəticəyə görə bütün məsuliyyət də bugünkü Ermənistan rəhbərliyinin, erməni kilsəsinin və erməni diasporunun üzərinə düşür".
Ə.Ələkbərli deyib ki, "İrəvan qazılığının tarixi" kitabında tarixən Qərbi Azərbaycanda, o cümlədən İrəvan bölgəsində mövcud olmuş dini-təsisat orqanlarının və qazılıq institutunun yaranması, fəaliyyəti, tarixi inkişaf yolu ətraflı araşdırılmaqla yanaşı, XIX əsrdə çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən İrəvan bölgəsində yeritdiyi dini siyasətə də geniş yer verilib:
"Kitabda Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə Cənubi Qafqaz Müsəlmanları İdarəsinin yenidən təsis edilməsi və İrəvan qazılığının fəaliyyəti, Azərbaycan Respublikasının yeni müstəqillik dövründə Qərbi Azərbaycan dini-mədəni irsinə dövlət qayğısı və İrəvan qazılığının bərpası məsələləri ətraflı şərh olunub".
YENİLƏNİR
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













