13
yanvar
2026
08:30
88
36
243
yuxarı
Mask "SpaceX"in köməyi ilə "Ulduz yolu"nu reallaşdırmaq istəyir
Amerikanın "SpaceX" şirkəti "Ulduz yolu" fantastik teleserialındakı personajların istifadə etdiyi texnologiyaları canlandırmağı hədəfləyir.
"Far.Az"un məlumatına görə, bu barədə "SpaceX"in rəhbəri İlon Mask Texasdakı "Starbase" kosmodromunda bildirib.
"Sizə "SpaceX"in məqsədi barədə danışacağam. Biz "Ulduz yolu"nu gerçəkləşdirmək istəyirik. Hansısa anda elmi fantastika sadəcə elmi fakta çevrilir və gəmilər kosmosda səyahət etməyə başlayır, böyük gəmilər insanları daşıyır, digər planetlərə gedir və nəticədə Günəş sistemindən kənara çıxır".
Mask əlavə edib ki, şirkət göyərtələrində çox sayda insan olan, heç kimin getmədiyi yerlərə səyahət edən futuristik kosmik gəmilərə sahib olmaq istəyir.















