13
yanvar
2026
08:30
88
36
254

ABŞ və tərəfdaşları nadir yeraltı metalların təchizat zəncirlərini müzakirə ediblər

Yeddilik Qrupunun (G7) maliyyə orqanlarının rəhbərləri, Avstraliya, Hindistan, Meksika, Koreya Respublikası və Avropa İttifaqının nümayəndələri ilə birlikdə Vaşinqtonda nadir yeraltı metalların təchizat zəncirlərinin gücləndirilməsini müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin Mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada bildirilir.

Sənəddə qeyd olunur ki, nazirliklərin rəhbərləri əsasən nadir yeraltı elementləri olan vacib minerallar üçün təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək və şaxələndirmək yollarını müzakirə ediblər. ABŞ-nin Maliyyə Nazirliyinin açıqlamasına görə, tərəflər əsas zəiflikləri mümkün qədər tez həll etmək üçün ortaq öhdəliklərini ifadə ediblər.

"ABŞ-nin maliyyə naziri Skott Bessent digər ölkələrin nadir yeraltı elementlərin təchizat zəncirlərində mövcud çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini qəbul edərək, riskləri azaltmaq və asılılığı aradan qaldırmaq üçün çalışacağına dair nikbinliyini ifadə edib", - sənəddə qeyd olunur.

ABŞ digər görüş iştirakçılarını təchizat zəncirlərinin dayanıqlığını gücləndirməyə çağırıb.

Digər Dünya xəbərləri