13
yanvar
2026
14:30
88
36
179
yuxarı
Ermənistanda bu il hərbi təlimlər keçirilməyəcək
Ermənistan bu il hərbi təlimlər keçirməyi planlaşdırmır.
"Far.Az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan mətbuat konfransında məlumat verib.
O, ötən il İranla birgə təlimlər keçirildiyini xatırladıb.
"Biz öz, İran da öz ərazisindədir. Hazırda məhdudiyyətlər olmasa da, planlaşdırılmış təlimlər də yoxdur", - S.Papikyan bildirib.
"Münasibətlərimiz açıq və şəffafdır. Lakin hərbi baxımdan özümüzə, iqtisadiyyatımıza və ordumuza güvənirik", – deyə nazir müttəfiqlərlə münasibətlərə dair sualı cavablandırarkən deyib.















