Azərbaycan millisinin üzvü: AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik
AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik.
"Far.Az" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu hazırda Çexiyanın Zlin şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın futzal millisinin üzvü Oktay Rüstəmli deyib.
O, Çexiya ilə keçirəcəkləri yoldaşlıq matçlarından öncə hazırlığı dəyərləndirib:
“Milli sentyabrın 10-dan təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, daha sonra taktiki planda təmrinləri yerinə yetirdik. Dünən isə Zlin şəhərinə gəldik. Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoldaşlıq oyunları üçündür. Əlbəttə, yoldaşlıq matçları olsa da, meydana millinin formasında çıxacağıq və belədə məqsədimiz görüşün statusundan asılı olmayaraq, qələbə qazanmaqdır. Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq".
Futzalçı AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanmaq niyyətində olduqlarını bildirib və rəqiblər barədə danışıb:
"Komandada ab-hava yaxşıdır. Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas tapşırıq baş məşqçinin tapşırıqlarını mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AVRO-2026-nın seçmə mərhələ oyunları gözləyir. Seçmə mərhələdə rəqiblərimiz heç də zəif komandalar deyillər. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdür ki, nəticəni əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 19-da və 20-də Çexiya yığması ilə yoldaşlıq matçı keçirəcək. Komanda AVRO-2026-nın seçmə mərhələsində Xorvatiya, Yunanıstan və İsveçlə mübarizə aparacaq.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













