Xocavənd sakini: "Qan təzyiqim vardı, bura köçəndən yoxa çıxıb"
Far.Az xəbər saytı

Xocavənd sakini: "Qan təzyiqim vardı, bura köçəndən yoxa çıxıb"


Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçən Yavər Qurbanov yeni yaşayış şəraiti ilə bağlı təəssüratlarını Baku TV ilə bölüşüb.

Onun sözlərinə görə, bölgənin iqlimi sağlamlığına müsbət təsir göstərir və köçdükdən sonra qan təzyiqi ilə bağlı problemləri aradan qalxıb:

"Çox gözəl havası var. Qan təzyiqim vardı, amma bura köçəndən sonra təzyiqim yoxa çıxıb".

Sakin bildirib ki, onlara üç baş iribuynuzlu heyvan verilib və artıq onlardan biri bala verib. Gələcək planlarından danışan Y.Qurbanov torpaq sahəsinin ayrılacağına ümid etdiyini vurğulayıb:

"İnşallah, gələcəkdə torpaq da verilər. Biz də ondan bəhrələnib heyvanlarımızı artırarıq, ailəmizin və uşaqlarımızın dolanışığına yetərik".

O, göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirib, həsrətin sona çatdığını və doğma torpaqlara qayıdışın böyük sevinc yaşatdığını qeyd edib. Sonda şəhidlərin xatirəsini ehtiramla yad edən sakin qazilərə də təşəkkür edib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub
Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər