"Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir?
Far.Az xəbər saytı

"Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir?


Prezident İlham Əliyev Asif Yunis oğlu Əsgərovu "Şöhrət" ordeni ilə təltif edib.

Far.Az hazırda deputat olan, Zaqatala Rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Əsgərovun dosyesini təqdim edir:

O, 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Daha sonra 1989-cu ildən əmək fəaliyyətinə başlayıb, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləyib. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub.

1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006 2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir.

Ailəlidir, 2 övladı var.

Asif Əsgərov 2024-cü il növbədənkənar parlament seçkilərində 112 saylı Zaqatala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Gənclər və idman komitəsinin üzvüdür.

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər