Qonşu ölkəyə dondurucu şaxtalarla bağlı xəbərdarlıq edildi
Rusiyada hava şəraiti yaxın günlərdə dəyişkən olacaq.
BAKU.WS gazeta.ru-ya istinadən xəbər verie ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand deyib.
Onun sözlərinə görə, bazar ertəsi hava dövranının dəyişməsi və antisiklonun cənuba doğru sürüşməsi nəticəsində temperatur bir qədər yüksələcək, lakin yenə də iqlim normasından 2–3 dərəcə aşağı qalacaq.
Vilfand bildirib ki, Moskva şəhərində gecə saatlarında -10-12°C, vilayətdə isə -14°C-dək şaxta gözlənilir. Gündüz paytaxtda temperatur -4-6°C, ətraf rayonlarda isə -9°C-yə qədər enəcək.
Onun sözlərinə görə, çərşənbə axşamı və çərşənbə günləri temperatur iqlim normasına yaxınlaşacaq. Belə ki, çərşənbə axşamı gecə -4-9°C, gündüz -1-6°C, çərşənbə günü isə gecə -5-10°C, gündüz -3-8°C olacaq.
Lakin həftənin ikinci yarısından etibarən hava yenidən sərtləşəcək. Vilfand qeyd edib ki, cümə axşamının ikinci yarısından atmosfer təzyiqi artacaq və bu da temperaturun kəskin enməsinə səbəb olacaq. Gündüz saatlarında temperatur -9-14°C təşkil edəcək.
Cümə, şənbə və bazar günləri isə şaxtalar daha da güclənəcək. Sinoptikin proqnozuna görə, gecə saatlarında -19-24°C, gündüz isə -15°C ətrafında olacaq.
Vilfand vurğulayıb ki, həftənin sonunda Moskva və ətraf regionlarda temperatur iqlim normasından 7–8 dərəcə aşağı olacaq.















