Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirib
Far.Az xəbər saytı

Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirib


Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.

"Far.Az" AVF-yə istinadən xəbər verir ki, "Seçim günü" çərçivəsində növbəti seçimlər yanvarın 17-də Sumqayıt şəhərində həyata keçirilib.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qız voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.

Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti "Seçim günü" yanvarın 24-də Gəncədə keçiriləcək.

Oxşar xəbərlər

Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Voleybol Federasiyasının inkişaf strategiyasında indiyədək görülmüş işlər açıqlanıb
Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc qız voleybolçuların seçimlərinə start verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər