Azərbaycan millisinin baş məşqçisi: "Seleksiya zamanı seçilənlər gələcəkdə daha güclü oyunçu olacaqlar"
Azərbaycan Voleybol Federasiyasının yeniyetmə və gənc voleybolçular arasında keçirdiyi seleksiya prosesində seçilənlər gələcəkdə daha güclü oyunçu olacaqlar.
Bunu "Far.Az"a açıqlamasında yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan milli komandalarının rəhbəri Şahin Çatma deyib.
O, "Seçim günü" çərçivəsində Sumqayıtda həyata keçirilən seleksiya işləri ilə bağlı danışıb:
"İlk dəfə Azərbaycan voleybolunda işə başlayarkən 2023-cü ildə seleksiya işlərinə start vermişdik. İndiki seleksiyadan sonra illər arasındakı fərqi görəcəyik. Lakin müşahidələrimiz göstərir ki, ilk gəldiyimiz vaxtlarda ölkədə voleybolçu sayı arzuolunan səviyyədə deyildi. İndi isə Azərbaycan Voleybol Federasiyası tərəfindən yaradılan 8 klubda kifayət qədər gənc voleybolçuya rast gəlmək mümkündür. Düzdür, biz indiki durumla da kifayətlənmək niyyətində deyilik. İstəyirik ki, ölkədə voleybolçuların sayı olduqca çox olsun. Lakin 2023-cü illə müqayisədə vəziyyət daha ürəkaçandır. İndiki seleksiya zamanı seçilən gənclərin yayda daha elit səviyyəyə çatacaqlarına, irəlidə daha güclü voleybolçu olacaqlarına inanırıq. Seleksiya işləri bölgələrdə davam edəcək. Yanvarın 24-də Gəncədə, 25-də isə Tovuzda olacağıq. Ayın 30-31-də isə Şəkiyə yollanacağıq və işlərimizi orda davam etdirəcəyik".
Qeyd edək ki, seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
Üç Afrika ölkəsi Malidə yaraqlılara qarşı hərbi əməliyyat keçirib
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib













