Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam etdirilir.
Far.Az xəbər verir ki, bu çərçivədə ilk dəfə olaraq Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində yerləşən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə başlanılıb.
Eyni zamanda, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər ilk dəfə olaraq bərpa edilib və şagirdlər müasir təhsil şəraitində tədrisə cəlb olunublar.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məhsimli təhsil müəssisələrinə baxış keçirib, yaradılan şəraitlə tanış olub və dərs prosesini izləyib.
O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, azad edilmiş ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması bölgəyə qayıdan əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib













