Naxçıvanda avtomobillər toqquşub, altı nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Naxçıvanda avtomobillər toqquşub, altı nəfər xəsarət alıb


Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonunun Çeşməbasar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər; - 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər