Vəkillər Kollegiyasından qovulan vəkil həbs edildi
2022-25-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib.
Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 38 yaşlı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, iki il müddətinə həbs cəzasına məhkum edilib.
Araşdırmalarla müəyyən olunub ki, İbrahim Hüseynov 2024-cü ildə həbs edilmiş vətəndaşın ailə üzvlərindən həmin şəxsin azadlığa buraxılması müqabilində 44 min manat pul alıb. Lakin İ.Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihamı ilə tutulan F.Şahbazovu azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri polisə müraciət ediblər. İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun yalnız 18 min manatını geri qaytarıb.
Qeyd edək ki, İ.Hüseynov "Güvən" vəkil bürosunun vəkili kimi işləyib. Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib ki, həmin şəxs Rəyasət Heyətinin 25.11.2025-ci il tarixli qərarı ilə kollegiya üzvlüyündən xaric edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













