Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
"Far.Az" xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.
Komplekslə tanışlıq zamanı bildirilib ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.
Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.
Ekspozisiyada təqdim olunan "Faciənin siması" instalyasiyası soyqırımı zamanı qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri əks etdirir.
Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorçuların Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada Xocalının tarixi, münaqişənin xronologiyası, soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.
Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim edilir.
İkinci ekspozisiya zalında faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular süni intellektlə hazırlanan video vasitəsilə nümayiş olunur.
Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər əks etdirilir.
"Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.
Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, "Böyük Qayıdış" və "Viran edilən Xocalı yenidən dirçələcək" ideyaları ilə tamamlanır.
X X X
Prezident Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazdı.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
"Far.Az"un Qarabağa ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Xocalı Soyqırımı Memorialı: Tarixi yaddaşımızı əbədiləşdirən yeni məkan - FOTOREPORTAJ
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun əməkdaşı: Xocalı Soyqırımı Memorialı tarixi yaddaşın yaradılmasına həsr edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













