Azərbaycanda cüdo məşqçilərinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib.
Bu barədə "Far.Az"a ACF-dən bildirilib.
Qurum ölkədə cüdo məşqçilərinin peşəkar inkişafını təmin etmək, onların bilik və bacarıqlarını müasir standartlara uyğunlaşdırmaq məqsədilə məşqçilərin sertifikatlaşdırılması proqramını ardıcıl şəkildə davam etdirir.
Proqram çərçivəsində III səviyyə məşqçilik hazırlığını yekunlaşdırmış 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib.
Qiymətləndirmə prosesi məşqçilərin təkcə nəzəri biliklərini deyil, eyni zamanda real məşq şəraitində tətbiq etdikləri metodiki yanaşmaları, texniki-taktiki hazırlıq səviyyəsini və idarəetmə bacarıqlarını müəyyənləşdirməyə xidmət edir.
Praktik qiymətləndirməyə milli komandaların performans direktoru Riçard Trautman rəhbərlik edir. Proses beynəlxalq təcrübəyə əsaslanan metodologiya ilə həyata keçirilir və məşqçilərin hazırlıq səviyyəsinin obyektiv şəkildə qiymətləndirilməsinə xüsusi diqqət yetirilir.
Sertifikatlaşdırma proqramının əsas məqsədi ölkədə məşqçilik institutunun gücləndirilməsi, məşqçilərin peşəkar inkişafına stimulların artırılması və nəticə etibarilə Azərbaycan cüdosunun davamlı uğurlarının təmin olunmasıdır. Məşqçilərin sertifikatlaşdırılması ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən mütəxəssislər üçün də əlavə imkanlar yaradacaq, vahid metodiki sistemin formalaşmasına və cüdonun inkişafına mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













