Kredit götürənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu halda faizlər aşağı düşəcək...
Azərbaycanda kredit bazarında yeni sığorta mexanizminin tətbiqi gözlənilir. Yeni qaydalara əsasən, banklar istehlak krediti təklif edərkən müştərilərə işsizlikdən sığortadan istifadə imkanını da təqdim edəcəklər. Bu yeniliyin diqqətçəkən tərəflərindən biri isə sığortadan yararlanan şəxslərə kreditlərin daha aşağı faizlə təklif olunmasıdır.
Far.Az xəbər verir ki, Mərkəzi Bank tərəfindən hazırlanan yeni qaydaların yaxın vaxtlarda qüvvəyə minməsi nəzərdə tutulur.
Yeni mexanizmə əsasən, banklar kredit götürmək istəyən vətəndaşlara işsizlikdən sığorta məhsulunu təklif etməli olacaqlar. Lakin sığortadan istifadə edib-etməmək barədə son qərarı müştərinin özü verəcək. Yəni bankın bu məhsulu təklif etməsi məcburi olsa da, vətəndaşın onu seçməsi könüllü olacaq.
Deputat Vüqar Bayramov mözu ilə bağlı bildirib ki, yeni sığorta mexanizmi rəsmi əmək müqaviləsi ilə çalışan şəxsləri əhatə edəcək:
"Belə ki, kredit götürən şəxsin iş yeri bağlanarsa, ştat ixtisarına düşərsə və ya qanunvericilikdə nəzərdə tutulan digər müvafiq əsaslarla əmək münasibətlərinə xitam verilərsə, kredit ödənişlərinin sığorta şirkəti tərəfindən qarşılanması mümkün olacaq.
Bu mexanizmin əsas üstünlüklərindən biri işini itirən vətəndaşın kredit öhdəlikləri səbəbindən əlavə maliyyə çətinliyi ilə üzləşməsinin qarşısını almaqdır. Müvafiq sığorta hadisəsi baş verdikdə, kreditin şərtlərindən və sığorta müqaviləsinin əhatə dairəsindən asılı olaraq, ödənişlər tam və ya qismən sığorta şirkəti tərəfindən həyata keçirilə bilər.
Yeni qaydaların digər mühüm üstünlüyü isə kredit faizlərinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, işsizlikdən sığorta tətbiq olunan kreditlər banklar üçün riskləri azaldacaq. Çünki borcalan işini itirdiyi halda ödənişlərin sığorta mexanizmi vasitəsilə qarşılanması bankın mümkün maliyyə itkilərini məhdudlaşdıracaq. Nəticədə bankların bu növ kreditləri daha aşağı faiz dərəcələri ilə təklif etməsi üçün şərait yaranacaq.
Beləliklə, yeni mexanizm həm kredit götürən şəxslərin işsiz qaldıqları halda maliyyə müdafiəsini gücləndirə, həm də sığortadan istifadə edən müştərilər üçün borclanma xərclərini azalda bilər".
Qeyd edək ki, yeni qaydalar qüvvəyə mindikdən sonra rəsmi əmək müqaviləsi ilə çalışan vətəndaşlar kredit götürərkən bu sığorta imkanından yararlana biləcəklər. Bununla belə, sığorta təminatının hansı hallarda və hansı həcmdə tətbiq olunacağı konkret müqavilə şərtləri ilə müəyyən ediləcək.
Orxan Hüseyn
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













