Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb
Far.Az xəbər saytı

Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb


Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bakı Boks Mərkəzində təşkil edilən yarışda Lalə Mədətova (55 kq) qızıl medal qazanıb. Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.

Cəmilə Sultanlı (Sumqayıt, 51 kq) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

Emili Rzayevanın ("Neftçi" İK, 60 kq) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq birinci olub.

Fatimə Mehdiyeva (Gəncə, 65 kq) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, "Qızıl əlcək" İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan çempionatı: Kişi boksçuların mübarizəsində yarımfinalçılar, qadınlarda finalçılar müəyyənləşib
Boks üzrə Azərbaycan çempionatının ilk günündə 24 döyüş keçirilib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan çempionatında II günün döyüşləri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər