700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA
"Minimum əməkhaqqının artırılmasından sonra dövlət qurumlarında çalışan, lakin dövlət qulluqçusu statusu daşımayan şəxslərin də vəzifə maaşlarında artım gözlənilir. Bununla bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərarın qəbul edilməsi nəzərdə tutulur".
Bunu Far.Az-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, tarif cədvəlləri əsasında müəyyənləşdirilən vəzifə maaşları minimum əməkhaqqının yeni məbləğinə uyğunlaşdırılacaq:
"Bu dəyişiklik dövlət qurumlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyən vətəndaşları əhatə edəcək.
Müəllim və həkimlərin əməkhaqlarının artırılması isə fərqli mexanizmlər əsasında həyata keçirilir. Bu sahələrdə maaş artımları müvafiq dövlət qurumlarının təklifləri və təşəbbüsləri ilə bağlıdır. Artıq bu ilin avqust ayında tibb işçilərinin əməkhaqlarında artım olub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tibb işçilərinin maaşları artırılıb, eyni zamanda regionlar üzrə əlavə əmsallar tətbiq edilib. Bu addımların məqsədi tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması olub.
Müəllimlərin əməkhaqlarına gəldikdə isə burada artımlar əsasən sertifikasiya prosesinin nəticələri ilə əlaqələndirilir. Bu səbəbdən həm təhsil, həm də səhiyyə sahəsində növbəti maaş dəyişiklikləri ilə bağlı müvafiq qurumların mövqeyi və təklifləri mühüm rol oynayır.
Gözləntilərə görə, minimum əməkhaqqının artırılması nəticəsində təkcə bu dəyişiklikdən təxminən 700 min vətəndaşın əməkhaqqında artım baş verə bilər. Bu isə dövlət qurumlarında çalışan, dövlət qulluqçusu statusu olmayan şəxslərin gəlirlərinə birbaşa təsir göstərəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti
Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
-
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib













