TƏBİB: Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB-2
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
TƏBİB-dən "Far.Az"a bildirilib ki, hadisə nəticəsində xəsarət alan altı nəfər (dörd kişi, iki qadın) saat 14:30-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan biri, 1980-ci il təvəllüdlü kişi sağ baldır sümüyünün orta 1/3 hissəsinin açıq yerdəyişmiş sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəsarət alan şəxslər aşağıdakılardır:
- 1957-ci il təvəllüdlü Hüseynova Həqiqət Abdulhəmid qızı,
- 2004-cü il təvəllüdlü Məmmədova Zərifə Zahid qızı,
- 1980-ci il təvəllüdlü Bəşirov Ramal Vaqif oğlu,
- 1991-ci il təvəllüdlü Hüseynov Vasif Hüseyn oğlu,
- 1978-ci il təvəllüdlü Məmmədova Ziyafət Zəkəriyyə qızı,
- 1999-cu il təvəllüdlü Rəfiyev Sübhan Şahin oğlu,
- 1952-ci il təvəllüdlü Allahverdiyev Teyyub Nurəddin oğludur.
Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı avtomobillə çırpılıb.
Nəticədə hər iki avtomobildə olan sərnişinlər və VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU
-
Ebru Gündeş 5-ci dəfə evlənir?
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq













