Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə olaraq 16 yaşlı pasiyent üzərində torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, müayinələrin nəticələri və pasiyentin klinik vəziyyəti nəzərə alınaraq aparılan əməliyyat uğurla başa çatıb.
Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib. Bir həftə stasionar şəraitdə müşahidə və müalicə olunan pasiyent qənaətbəxş vəziyyətdə evə buraxılıb.
Qeyd edək ki, bu əməliyyatın xəstəxanada ilk dəfə icra olunması Naxçıvanda uşaq cərrahiyyəsi və döş qəfəsi cərrahiyyəsinin inkişafı baxımından əhəmiyyətli hadisədir. Minimal invaziv cərrahiyyə üsulu cərrahi müdaxilənin travmasını azaltmağa, pasiyentin daha sürətli sağalmasına və müalicə prosesinin effektivliyinin artırılmasına imkan verir.
Naxçıvanda müasir tibbi texnologiyaların tətbiqi, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və mürəkkəb cərrahi əməliyyatların yerli tibb müəssisələrində həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib
Sumqayıt Tibb Mərkəzinin ötənilki fəaliyyət göstəriciləri açıqlandı – Şəffaf idarəetmə, hesabatlılıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb













