Bugün
Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Azərbaycan kəndlərinin qaytarılması regionda sülhün bərpası üçün əsas amildir Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Azərbaycan kəndlərinin qaytarılması regionda sülhün bərpası üçün əsas amildir
İranlı milyarder barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəzlənib İranlı milyarder barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəzlənib
Pərviz Şahbazov Vyanada keçiriləcək enerji forumuna dəvət olunub Pərviz Şahbazov Vyanada keçiriləcək enerji forumuna dəvət olunub
Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru İrəvanda səfərdədir Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru İrəvanda səfərdədir
Numan Kurtulmuş: Türkiyədə yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək Numan Kurtulmuş: Türkiyədə yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək
Suren Papikyan fransalı senatorla hərbi əməkdaşlıq məsələlərini müzakirə edib Suren Papikyan fransalı senatorla hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası olub Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası olub
Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var
“Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir
Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

30-01-2023, 20:57 335

Xankəndi-Laçın yolunda aksiya 50 gecədir davam edir, etirazçıların əhval-ruhiyyəsi yüksəkdir Xankəndi-Laçın yolunda aksiya 50 gecədir davam edir, etirazçıların əhval-ruhiyyəsi yüksəkdir Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-L

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

“Far.Az”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Region

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Region

Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir
Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Region

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir
Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi

Region

Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi

Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi
Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub

Futbol

Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub

Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub
Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Energetika

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

Region

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb
Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Region

Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir