"Abşeron Lions"un baş məşqçisi: "Şəki" ilə matçda yerli oyunçulara da üstünlük verdik"
Far.Az xəbər saytı

"Abşeron Lions"un baş məşqçisi: "Şəki" ilə matçda yerli oyunçulara da üstünlük verdik"


Azərbaycan Basketbol Liqasının XVI turunda "Şəki" ilə qarşılaşan "Abşeron Lions"un baş məşqçisi Erhan Toker yerli oyunçulara da üstünlük verib.

"Far.Az" xəbər verir ki, mütəxəssis bunu matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli məşqçi oyunun gərgin keçdiyini vurğulayıb:

"Əsas oyunçumuz Ceyms Freyzerə istirahət verdik. Digər basketbolçularımız bu görüşdə iştirak etdi və yaxşı mübarizə apardı. Bu sözləri rəqibə də aid edirəm. Oyunun böyük bir hissəsi başa-baş mübarizə şəraitində keçdi. Bu gün yerli oyunçulara da üstünlük verdik və eyni zamanda iki azərbaycanlı basketbolçu parket üzərində oldu. Bunu qarşıda bizi gözləyən kubok matçları ilə də əlaqələndirmək olar. Sonda, Şəki səfərindən qələbə ilə qayıtdığımız üçün komanda üzvlərini təbrik edirəm, rəqibə də gözəl oyuna görə minnətdaram".

Qeyd edək ki, "Şəki" - "Abşeron Lions" görüşü qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər