Rimas Kurtinaytis: "Neftçi" üzərində layiqli qələbə qazandıq"
Far.Az xəbər saytı

Rimas Kurtinaytis: "Neftçi" üzərində layiqli qələbə qazandıq"


"Sabah" Azərbaycan Basketbol Liqasının XVI turunda "Neftçi" üzərində layiqli qələbə qazanıb.

"Far.Az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis oyuna nəzarət etdiklərini söyləyib:

"Oyuna bir qədər ehtiyatsız başladıq. Lakin sonradan gedişatı öz xeyrimizə dəyişməyi bacardıq. Ümumi götürsək, oyuna nəzarət bizdə idi. Bəzi epizodlarda oyunçularımızın verdiyi qərarlardan razı qalmasam da, göstərilən əzmkarlığı və müdafiədəki oyunu bəyəndim. Xüsusilə dördüncü periodda oyunumuz yaxşı alındı. Düşünürəm ki, layiqli qələbə qazandıq".

Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 98:79 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər