Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
"Report" xəbər verir ki, idmançı finalda Yuhei Onoya (Yaponiya) məğlub olub.
Bu gün tatami üzərinə çıxan digər cüdoçular isə 1/8 finalda məğlub olublar.
100 kq çəki dərəcəsində yarışan Əjdər Bağırov italiyalı Cennaro Pirelliyə uduzub. +100 kq çəki dərəcəsində yarışan Uşanqi Kokauri yaponiyalı Kanta Nakanoya, Kənan Nəsibov isə Perulu cüdoçu Messe Bessonqa məğlub olub.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb. Beləliklə, Azərbaycan "Böyük Dəbilqə"ni 3 medalla başa vurub.
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Jubanazarı "qızıl" xalla məğlub edib.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.
"Böyük Dəbilqə" bu gün başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













