Madriddə polis etirazçıların düşərgəsini dağıdıb, 2 nəfər saxlanılıb
Far.Az xəbər saytı

Madriddə polis etirazçıların düşərgəsini dağıdıb, 2 nəfər saxlanılıb


Madriddə polis mənzil böhranı ilə əlaqədar keçirilən 38 günlük etirazlardan sonra Puerta-del-Sol meydanındakı çadır düşərgəsini dağıdıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Əməliyyat zamanı müqavimət göstərdiklərinə görə iki nəfər saxlanılıb.

Düşərgədən 334 nəfər çıxarılıb.

"Əməliyyat hökumət nümayəndə heyətinin əmri ilə iğtişaşlara qarşı mübarizə aparan polis bölmələri tərəfindən həyata keçirilib. Zərbələr və bibər qazı tətbiqi nəticəsində bir neçə nəfər yaralanıb", - mənbə bildirib.

Əməliyyatda 220 milli polis və 180 Madrid bələdiyyə polisi əməkdaşı, yanğınsöndürənlər və sosial xidmət işçiləri iştirak ediblər.

Oxşar xəbərlər

1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər