Bakıda təşkil olunan badminton üzrə beynəlxalq turnir başa çatıb
Far.Az xəbər saytı

Bakıda təşkil olunan badminton üzrə beynəlxalq turnir başa çatıb


Bakıda keçirilən badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə yekun vurulub.

"Report" Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, 33 ölkədən 347 idmançının qatıldığı "International Challenge" kateqoriyalı yarışın son günündə beş kateqoriya üzrə qaliblər müəyyənləşib.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkil olunan turnirin kişilər arasında şəxsi yarışında polşalı Dominik Kvinta, qadınlarda isə hindistanlı Devika Sihaq bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Kişi badmintonçuların qoşa yarışında İngiltərə təmsilçiləri Aleks Qrin və Zaks Russ tandemi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınların qoşa mübarizəsində Yaponiya cütlüyü Miku Suqiyama və Natsumi Takasaki turnirin qalibi olub.

Qarışıq qoşa kateqoriyasında isə Hindistan idmançıları Satvik Reddi Kanapuram və Radhika Şarma baş mükafata layiq görülüblər.

Sonda qalib və finalçıları medal, eləcə də pul mükafatları ilə təltif ediliblər. Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak ediblər.

Oxşar xəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər