Tərtərdə 150 kq-a yaxın yararsız at ətinin satışa çıxarılmasının qarşısı alınıb
Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin bir ədəd at başı və sümükləri aşkar edilib.
Far.Az xəbər verir ki, faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsi və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər RPŞ-nin əməkdaşları birgə reyd keçirib.
Araşdırma zamanı aydın olub ki, sözügedən atı eyni kənd sakinləri Məmmədov Seymur Baloğlan oğlu və Cəfərli Həsən İntiqam oğlu tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsib və sümükdən ayrılan əti paketlərə qablaşdırıblar. Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər.
İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bərdədə istehlaka yararsız at ətinin satışının qarşısı alınıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Sabunçu bazarında REYD - "Allahın cücüsüdür"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













