Azərbaycanın kollektor agentliyi səhm buraxır
Far.Az xəbər saytı

Azərbaycanın kollektor agentliyi səhm buraxır


Azərbaycanın kollektor agentliyi - "Allall Finance" ASC nizamnamə kapitalını 205 min manat və yaxud 51 dəfə artıraraq 4,1 min manatdan 209,1 min manata çatdırmağı planlaşdırır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 410 manat olan 500 ədəd yeni səhm buraxılacaq. Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Xatırladaq ki, "AllAllFinance" 2024-cü ildə yaradılıb. Şirkətin səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə "Neo" ASC BOKT-da 40 % pay sahibidir.

Oxşar xəbərlər

Azərbaycanın kollektor agentliyi səhm və istiqraz buraxır
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"Neo" BOKT nizamnamə kapitalını 73 % artırır
"MJ Financial Services" BOKT nizamnamə kapitalını artırır
"AllAllFinance" maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər