Mahmud Qurbanov: "Bakıdakı oyun "Nyukasl" üçün asan olmayacaq"
"Qarabağ" illərdir ki, özünün sabit və formalaşmış oyun sistemi ilə seçilir. Evdə və ya səfərdə olmasından asılı olmayaraq, bütün rəqiblərə qarşı demək olar eyni oyun fəlsəfəsi ilə çıxış edir və bu üslub ona çoxlu uğurlar qazandırıb".
Bunu Far.Az-ə açıqlamasında Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanov bildirib.
Onun sözlərinə görə, "Qarabağ"ın rəqibi "Nyukasl" fərqli oyun üslubuna malik komandadır:
"Onlar İngiltərə klubu olaraq fiziki gücə, tempə və sona qədər mübarizə aparmaq bacarığına malikdir. Komanda oyunun əvvəlindən sonuna qədər yüksək ritmdə çıxış etməyi bacarır. Heyətində dünya futbolunda çox tanınmış ulduzlar az olsa da, hücum xəttində vaxtilə "Milan"da çıxış etmiş italyan futbolçunun olması diqqət çəkir. Digər oyunçular isə daha çox kollektiv oyunla ön plana çıxırlar.
"Nyukasl"ın baş məşqçisi dünya futbolunda super ulduz statusunda olmasa da, kifayət qədər təcrübəli mütəxəssisdir və uzun illərdir komandanı çalışdırır. Bu da klubun müəyyən oyun intizamına malik olduğunu göstərir".
Yığmanın sabiq üzvü və məşqçisi əlavə edib ki, "Qarabağ" üçün qarşıdakı oyun asan olmayacaq:
"İlk görüşün evdə keçirilməsi müəyyən üstünlük yaratsa da, rəqibin ingilis futboluna xas sərt və templi oyunu ciddi sınaq olacaq. Digər tərəfdən, Qarabağ futbolçuları "Liverpul"la oyundan sonra ingilis klublarına qarşı oyun baxımından mühüm təcrübə qazanıblar. Böyük hesablı məğlubiyyətə baxmayaraq, həmin matçda buraxılan boşluqların analiz ediləcəyi şübhəsizdir.
Bu oyunda şansların olduğunu demək olar. "Qarabağ" üçün çətin, "Nyukasl" üçün isə Bakıda oynamaq baxımından asan olmayan qarşılaşma gözlənilir. Hər iki komandanı maraqlı və gərgin mübarizə gözləyir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













