Ermənipərəst senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib
Far.Az xəbər saytı

Ermənipərəst senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib


ABŞ-nin Konnektikut ştatından olan demokrat senator Kris Merfi insult keçirərək xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə senatorun nümayəndələri jurnalistlərə məlumat veriblər.

Qanunvericinin aparatından bildirilib ki, Mörfi yerli xəstəxanaya çatdırılıb və müayinə zamanı onda insult aşkarlanıb. Daha sonra senator Merilend ştatında yerləşən Cons Hopkins Universitetinin tibb mərkəzinə köçürülüb. Nümayəndələri onun huşunun özündə olduğunu qeyd ediblər.

Qeyd edək ki, senator ABŞ Senatında qondarma "erməni soyqırımı" qətnaməsinin lehinə səs verib və ABŞ-dəki Erməni Milli Komitəsi (ANCA) tərəfindən dəstəklənən siyasətçilərdən biridir.

Oxşar xəbərlər

Entoni Hopkins Çarlz Darvin rolunu canlandıracaq
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Con Cons Çeçenistanda qumbaraatanla atəş açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər