"Karvan-Yevlax"ın baş məşqçisi: "Futbolçularımız "Turan Tovuz"la matçda lazımı qədər güc sərf etdilər"
"Karvan-Yevlax" futbolçuları "Turan Tovuz"la matçda lazımi qədər güc sərf ediblər.
"Far.Az" xəbər verir ki, bunu Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov "Neftçi"yə qarşı Misli Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.
O məğlub olduqları oyunu şərh edib:
"Turan Tovuz" yaxşı komandadır. Rəqibin oyun üslubunu təhlil etmişdik. Necə müdafiə olunduqlarını və hücumlara necə çıxdıqlarını əvvəlcədən müəyyənləşdirmişdik. Futbolçularımız meydanda lazımi qədər güc sərf etdilər. Bu cür çıxışlarla uğurlu nəticələrə ümid etmək olar. Lakin müəyyən qədər də üstün oynamalıyıq. Qarşıdakı oyunlarda daha səmərəli çıxış etmək üçün üzərimizdə işləməyə davam edəcəyik. Qarşılaşma zamanı bir epizodda müdafiəçimizə qarşı açıq ayaqla müdaxilə oldu və həmin vəziyyətin daha diqqətlə qiymətləndirilə biləcəyini düşünürəm. Bununla belə, mümkündür ki, hakimlər bu epizodu fərqli şəkildə dəyərləndiriblər. "Turan Tovuz"un qazandığı qələbənin üzərinə kölgə salmaq fikrində deyiləm və rəqibi uğurlu nəticə münasibətilə təbrik edirəm".
Qeyd edək ki, "Turan Tovuz" - "Karvan Yevlax" oyunu Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













