Aİ: Azərbaycanın iqlim dəyişikliyi üzrə gördüyü işlər yüksək qiymətləndirilməlidir
Azərbaycanın iqlim dəyişikliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilməlidir.
"Far.Az" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Energetika Nazirliyi və Aİ-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi hazırda artıq hər kəsə təsir göstərir: "Buraya şəhərlər, icmalar da daxildir. Azərbaycan da iqlim dəyişikliyindən əziyyər çəkən ölkələr sırasındadır. Bu gün iqlim dəyişikliyinə görə Xəzər dənizində suyun səviyyəsi bir neçə santimetr azalıb".
O qeyd edib ki, yerli hakimiyyət orqanları da ölkələrin bu istiqamətdə hədəflərinə nail olmağa kömək etməlidir: "Merlər Razılaşması buna töhfə verir. Bu, təkcə siyasi öhdəlik deyil, həm də praktik yol xəritəsidir. Azərbaycanın bu proqramda iştirakı onun iqlim hədəflərinə nail olmağa çalışdığını göstərir".
Səfir Azərbaycanın iqlim dəyişikliyi sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini vurğulayıb, əlavə edib ki, birlikdə fəaliyyət göstərməklə ölkədə karbon emissiyalarını azaltmaq mümkündür.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













