Şri-Lanka prezidenti parlamenti buraxıb
Far.Az xəbər saytı

Şri-Lanka prezidenti parlamenti buraxıb


Şri-Lankanın yeni prezidenti Anura Kumara Dissanayake sentyabrın 25-i gecə yarısından (24 sentyabr Bakı vaxtı ilə 23:30) parlamentin buraxılması haqqında sərəncam imzalayıb.

“Far.Az” xəbər verir ki, bu barədə Şri-Lankanın yeni prezidentinin ofisinin dərc etdiyi sənəddə deyilir.

Qeyd olunub ki, deputat seçkiləri noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, Dissanayake dəfələrlə Qərbə qarşı düşmənçilik nümayiş etdirmiş çinyönlü siyasətçi hesab olunur. Universitet tələbələri, müəllimlər və fəhlə sinfi tərəfindən fəal şəkildə dəstəklənir. Onun siyasi proqramının əsas prinsipləri arasında siyasətdə saxtakarlığın və korrupsiyanın aradan qaldırılması yer alır. Xarici siyasətdə Dissanayake neytrallığı qoruyur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şri-Lankada müxalifət lideri prezident seçkilərində qalib gəlib
Şri-Lanka müxalifət lideri prezident seçkilərində qalib gəlib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər