TƏBİB sistemdə vətəndaşa qoyulan yanlış diaqnoz məsələsinə AYDINLIQ GƏTİRDİ
Far.Az xəbər saytı

TƏBİB sistemdə vətəndaşa qoyulan yanlış diaqnoz məsələsinə AYDINLIQ GƏTİRDİ


Azərbaycanda vətəndaş qızının elektron xəstəlik tarixçəsinə nadir və ağır xəstəliklə bağlı yanlış diaqnoz daxil edildiyindən şikayətçi olub.

BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Vətəndaş qeyd edib ki, övladının işə qəbulu üçün aldığı sağlamlıq arayışından sonra TƏBİB-in elektron sistemində "Yakob xəstəliyi zamanı demensiya" diaqnozunun yerləşdirildiyini aşkar edib.

TƏBİB sistemdə vətəndaşa qoyulan yanlış diaqnoz məsələsinə AYDINLIQ GƏTİRDİ

"Sonuncu dəfə bu xəstəlik 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb və heyvanmənşəli nadir və dəhşətli xəstəliklərdən biri kimi xarakterizə olunur. Yeri gəlmişkən, ingilislər belə bir xəstəliyin mövcudluğundan sonra məcbur olub cütdırnaqlı bütün heyvanları məhv ediblər. Nəticədə dövlətin iqtisadiyyatına külli miqdarda ziyan dəyib. Apardığım araşdırmalardan belə məlum olur ki, Azərbaycanda belə bir xəstəliyin qeydə alınması və açıq sistemə yerləşdirilməsi ilə bu ölkənin Ümumdünya Səhiyyə Təşkilatı qarşısında fövqəladə vəziyyət elan etmək kimi bir öhdəliyi var", - deyə şikayətçi yazıb.

Onun sözlərinə görə, belə bir xəstəliyi yalnız vəfat etmiş şəxsin beyin toxumalarının laborator müayinəsi ilə müəyyən etmək mümkündür və bu səbəbdən belə bir diaqnozun sistemə daxil edilməsi ailə üçün ciddi stres yaradıb.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı hələ iki ay əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etsə də, nəticəsi olmayıb.

BAKU.WS xəbər verir ki, baş vermiş hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fatimə Fadil qızı Paşazadənin şəxsi kabinetində - my.gov.az portalında səhvən 2024-cü ildə "Kreystfeld-Yakob xəstəliyi zamanı demensiya" diaqnozunun qeyd olunması faktı qeydə alınıb.

"Aparılan araşdırma zamanı müəyyən edilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Belə ki, reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub. Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb.

Bildiririk ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir. 18.10.2025-ci il tarixində sistemdə ("e-Tabib" mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır. Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcək", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər