Plastik cərrah Türkan Gündüzü öldürməkdə şübhəli bilinən ərinə 17 il həbs verildi
Far.Az xəbər saytı

Plastik cərrah Türkan Gündüzü öldürməkdə şübhəli bilinən ərinə 17 il həbs verildi


Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzün barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün cəza hissəsi dəyişdirilmədən saxlanılıb. Lakin, Türkan Gündüzünün nümayəndəsinin verdiyi mülki iddia qismən təmin edilib və Muhammet Gündüzün zərərçəkənin ailəsinə 15 min 700 manat ödəməsinə qərar verilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin mayın 6-da baş verib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində ölüb.

Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə "Acıbadem" xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda "City Hospital" klinikası olub.

Qətli törədən Muhammet Gündüz isə biznes fəaliyyəti ilə məşğul olub, onlar 14 il əvvəl ailə həyatı qurublar. Hadisəni törədən M.Gündüz saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər