Ərinin qətlini sifariş etməkdə ittiham olunan qadın apellyasiya şikayəti verdi
Ərinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Seyidova və qətli icra etməkdə təqsirləndirilən şəxslərdən biri olan Bəxtiyar Fərzəliyev hökmdən apellyasiya şikayəti veriblər.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Unikal"a təqsirləndirilən şəxs Əzizə Seyidovanın vəkili Elmira İsmayılova və Bəxtiyar Fərzəliyevin vəkili Babək Həmidov məlumat veriblər.
Vəkillər bildiriblər ki, birinci instansiya məhkəməsinin müvəkkilləri barəsində çıxardığı qərardan narazıdırlar. Növbəti məhkəmənin vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən, ərinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Seyidova 17 il, sifarişlə sözügedən qətli törətməkdə təqsirli bilinən Mehdi Məmmədov 18 il 6 ay, Elvin Əliyev 17 il 6 ay, Bəxtiyar Fərzəliyev 17 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Hadisə 2023-cü ilin martında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. İttihama görə, 1993-cü il təvəllüdlü Əli Seyidli arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən qətlə yetirilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ərinin qətlində ittiham olunan qadına ağır cəza verildi: Məhkəmədə ilginc detallar
Ərinin qətlinin sifarişində ittiham olunan qadına ağır cəza istənildi
Yeni detallar: Əzizə Seyidovanın əri onun sifarişi ilə qətlə yetirilib? - MƏHKƏMƏ İŞİ
45 illik səhnə həyatı və faciəli itki: İrəvan Teatrının qəhrəman aktyorları xatirələrini bölüşdülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
Petr Binhak: "Çexiya Azərbaycanın yaşıl enerji dəhlizlərində maraqlıdır"
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib













