ANAMA Müşfiqabadda Zəfər Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirib
Far.Az xəbər saytı

ANAMA Müşfiqabadda Zəfər Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirib


8 noyabr – Zəfər Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, İdarə Heyəti üzvləri, kollektivi, eləcə də könüllülər iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi, onların Vətən qarşısında göstərdikləri fədakarlığın ehtiramla anılması, eləcə də Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətinin yaşadılması məqsədi ilə keçirilən ağacəkmə aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Oxşar xəbərlər

"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər