Səkkiz illik həbs tələbi boşa çıxdı: Nazim Xudaverdiyev bəraət aldı
Bakıda tanıdığı şəxsin külli miqdarda pulunu alaraq dələduzluq etməkdə təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm elan olunub. Məhkəmə Nazim Xudaverdiyevin barəsində irəli sürülmüş ittihamın sübuta yetirilmədiyi qənaətinə gəlib və ona bəraət verib. Onun barəsində seçilmiş qətimkan tədbiri də ləğv edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nazim Xudaverdiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs "Our Orchards" MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə edərək ona 153 min 500 manat məbləğində ziyan vurub.
Nazim Xudaverdiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması) maddələri ilə ittiham elan olunmuşdu. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













